Raspberry Pi 3 Model A+ modeli Pi3 seriyası mini-kompüterlər arasında ən yeni buraxılmış dövrə kartıdır. 64-bitlik 4 nüvəli prosessoru, simsiz əlaqə imkanları(dual-band 2.4/5 GHz WLAN və Bluetooth 4.2/BLE), tam ölçülü HDMI ekran əlaqə konnektorunun olması bu kartı Pi Zero 2 W-a layiqli alternativ edir.
Xüsusiyyətləri:
- Sistem çipi (SoC): BCM2837B0, Cortex-A53 (ARMv8) 64-bit SoC
- Takt tezliyi: 1.4GHz
- RAM: 512MB LPDDR2 SDRAM
- Video çıxış: HDMI
- Audio çıxış: 3.5 stereo audio cek (+ kompozit video)
- Simsiz rabitə: 2.4GHz and 5GHz IEEE 802.11ac WLAN, Bluetooth 4.2/BLE
- USB port: 1 x USB 2.0
- CSI (Camera Serial Interface) kamera konnektoru
- DSI (Display Serial Interface) ekran interfeysi konnektoru
- MicroSD kart slotu
- 40 pinli GPİO (ümumi giriş/çıxış pin xəttləri)
- Qida girişi: USB-micro, +5V, 2.5A (Orijinal qida blokuna baxın)
- Əməliyyat sistemi: Linux versiyaları, RetroPie, OpenELEC, XBMC və s.