Raspberry Pi Pico Raspberry Pi şirkəti tərəfindən təqdim olunan ilk mikrokontroller dövrə kartıdır. Digər Raspberry Pi mini-kompüter kartlarından fərqli olaraq bu kart mikrokontroller kartıdır və hansısa əməliyyat sistemi və qrafik interfeys olmadan, kodu hansısa kənar kompüterdə yazıb, yükləməklə işləyir. Dövrə kartı işləmə sürəti və çoxfunksiyalı proqramlama imkanları hesabına qısa zamada çox populyarlıq qazanmışdır.
Xüsusiyyətləri:
- Mikrokontroller: RP2040
- CPU: Dual-core ARM Cortex M0+ prosessor, takt tezliyi 133 MHz-ə qədər
- Yaddaş: 264kB SRAM və 2MB Flash yaddaş
- Micro USB 1.1 Host və Device dəstəyi
- Aşağı enerji rejiməri
- USB üzərindən drag & drop proqramlama
- 26 multi-funksiyalı GPIO pinləri
- 2×SPI, 2×I2C, 2×UART, 3×12-bit ADC, 16 PWM kanalı
- Temperatur sensoru
- 8×Programlanabilən IO (PIO) vəziyyət maşını (state machines) xüsusi periferik submodullar
- Micro-USB qida girişi: microUSB, +5V
- Qeyd: Pico H versiyası üzərində pin başlıqları lehimli halda gəlir.
Əlavə keçidlər: