Robot şassi çox məqsədli layihələrdə istifadə edilmək üçün hazırlanmışdır. Olduqca əlverişli istifadəyə malikdir. Çox rahat və asan şəkildə quraşdırılması mümkündür. Bu robot şassini istəyə uyğun olaraq, xətt izləmə robotuna, yaxud maneələrdən yayınma robotuna və ya ağlınızdakı başqa layihə robotuna çevirə bilərsiniz. İlk robotunu hazırlamaq və ya çox məqsədli robot platformuna sahib olmaq istəyənlər bu robotu sifariş edə bilərlər.
Platform üzərində iki ədəd 6V 250Rpm plastik reduktorlu DC motor mövcuddur. Bundan əlavə dəstə motorlar ilə bərabər iki ədəd təkər də daxildir. Dəst daxilində hər istiqamətə çevrilə bilən bir ədəd çoxyönlü təkər də mövcuddur. İki qatlı bu robotun birinci qatına batareya və sensor kimi modulları, ikinci qatına mikrokontrolleri və motor sürücünü yerləşdirə bilərsiniz. Mərtəbələr arasında deşiklərin olması kabellərin rahat mərtəbələr arası ötürülməsinə, sensor və modulların rahatlıqla gövdə üzərinə bərkidilməsinə də şərait yaradır.
Dəstə daxildir:
- 1 x Alt Gövdə paneli
- 1 x Üst Gövdə paneli
- 4 x Mator Bərkitmə Parçası
- 2 x 6V 250 Rpm Plastik Reduktorlu DC Mator
- 2 x Təkər
- 1 x Deşikli Metal Çoxyönlü Təkər
- 2 x 25mm Metal Aralayıcı
- 4 x 30mm Metal Aralayıcı
- 4 x M3 30mm Bolt
- 6 x M3 6mm Bolt
- 10 x M3 Qayka