,

RoboCAP v. 1.0 Robot Radioidarəetmə Kartları

Mövcudluğu:

İnventarda var


12.00 20.00 

MakerSpace(Store) olaraq sizlərə qürurla öz dizayn və istehsalımız olan RoboCAP dövrə kartlarını təqdim edirik. Dövrə kartları radioəlaqə ilə məsafədən idarəetməli layihələr üçün nəzərdə tutulub, xüsusilə robot maşın, tank, qayıq, və s. tipli proyektlər üçün dizayn işini yüngülləşdirəcək bir sistemdir. Dövrə kartları tam açıq-resursludur (open-source) və bütün dizayn fayllarını, dövrə sxemini aşağıdakı keçidlərdən endirə bilərsiniz.

Ümumi elektrik xüsusiyyətləri:

  • Mikrokontroller: Atmega328P-AU (8bit), 3.3V, 8 MHz
  • USB interfeys çipi: CH340G
  • Dövrə gərginliyi: 3.3V
  • Qida gərginliyi: 5-15V (Vin maks. 15V)
  • İşləmə cərəyanı: ~10 mA, əlavə ~15mA nRF24 modulu üçün.
  • Qida portları: micro USB (+5V), 5 mm-lik qida terminalı (5-15V)

 

RoboCAP Josytickli Radioidarəedici:

  • Rəngli düymələrin qoşulduğu Arduino pinləri (aktiv 0): A6, D3, D4, D5
  • Joystick (X,Y, Düymə): A0, A1, A2
  • Modul konnektorları: Nokia 5110 LCD ekran, nRF24L01+ (dəstə daxil deyil)
  • Əlavə konnektorlar: İ2C sensor, İCSP proqramlama konnektoru

 

RoboCAP Robot Sürücü:

  • Motor idarə konnektoru (L298n-ə uyğun) Arduino pinləri:
    • ENA: A2
    • IN1:  D9 (PWM)
    • IN2: D6 (PWM)
    • IN3: D5 (PWM)
    • IN4: D3 (PWM)
    • ENB: A3
  • HC-06 Bluetooth Konnektoru: D7 (RXD), D4 (TXD), GND, +3.3V
  • Əlavə konnektorlar: nRF24L01+, İ2C sensor, İCSP proqramlama konnektoru

 

Sxem və əlavə keçidlər:

Məhsulun kodu: N/A Kateqoriyalar: , Tags: , , , , , , , ,
RoboCAP növünü seçin:

Joystickli Radioidarəedici, Robot Sürücü