Eyni anda həm GPS kordinat siqnallarını alıb, GSM şəbəkə üzərindən harasa ötürmək istəyirsinizsə bu modul əvəzsizdir.
Elektrik xüsusiyyətləri:
- 3 fərqli qida girişləri: DC044 (5-26V), V_İN (5-26V), və Litium batareya (3.5-4.2V)
- Cərəyan şiddəti: maks. 2A
- TTL interfeys: VMCU pini TTL interfeys gərginliyini seçmək üçündür ( 1.25V/3.3V /5V) .
- İdarəetmə: AT əmrləri ilə
Əlavə keçidlər:
Qoşulma qaydası (birbaşa PC):
- Lazım olanlar:
- SIM808 Modulu
- DC12V adapter
- USB-TTL modulu
- PC proqramı
- Qoşulma̵̵:
- TXD-RXD
- RXD-TXD
- GND-GND
- SIMCARD slotuna aktiv sim kart daxil edin.
- GPS və GSM antennaları uyğun yerlərinə taxın
- DC044 girişinə qida adapterini taxın
- Qida açarını (Power Switch) qapayın
- POWKEY düyməsini 2 saniyə basın, bu zaman modul üzərindəki 3 LED işə düşəcək.
Qoşulma qaydası (mikrokontroller):
- Lazım olanlar:
- SIM808 Modulu
- DC12V adapter
- Mikrokontroller (3.3, 5V)
- Qoşulma̵̵:
- TXD-RXD
- RXD-TXD
- GND-GND