Əgər əlinizdə işlənmiş yaxud tutumunu bilmədiyiniz hər hansı model batareyanız varsa bu modul işinizə yarayacaq. Siz bu modulla 18650 markalı istənilən Litium-ion batareya daxil olmaqla, başqa voltaj aralığı 1.2V-12V olan başqa model doldurulabilən batareyaların da tutumunu ölçə bilərsiniz. Əlinizdəki batareyanın tutumunu ölçmək üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır:
1. Batareya tam dolu vəziyyətdə olmalıdır.
2. Batareyanın müsbət terminalını testerin müsbət girişinə, batareyanın mənfisini isə mənfi girişinə qoşun.
3. Verilmiş rezistorları da testerdə uyğun hissələrə qoşun.
4. OK düyməsinə basın və gözləyin. Əgər ekranda “+” yaxud “-” işarələri çıxsa, həmin müvafiq düymələri də sıxın. Proses tamamlandıqdan sonra ekranda batareyanın tutumu göstəriləcək və qıraqda Ah LED-i yanacaq.
Xüsusiyyətləri:
- İşləmə gərginliyi: 5V (USB portu ilə)
- Cərəyan tələbatı: <70mA
- Ölçmə gərginliyi aralığı: 1.2V – 12V
- Maksimum Batareya tutumu dəstəyi: 9999Ah